İranın Xuzistan əyalətində güclü partlayış olub.
NUHÇIXAN “Mehr” agentliyinə istinadla xəbər verir ki, hadisə əyalətin Bağ Malik şəhərinin Əbu əl-Abbas rayonunun Lalab kəndində səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb.
Əyalətin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri bildirib ki, partlayış nəticəsində həlak olanlardan beşi kişi, biri qadındır. O, partlayışın səbəbi haqqında məlumatsız olduğunu vurğulayıb.