KİV: "Şimali Koreya müharibəyə hazırlaşır"

A- A A+

Şimali Koreya müharibəyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya lideri Kim Çen In Silahlı Qüvvələrdə islahatlar həyata keçirib. O, Mərkəzi Hərbi Komissiyanın iclasında orduya mümkün müharibəyə hazırlaşmağı, silah istehsalını artırmağı və hərbi təlimləri genişləndirməyi tapşırıb.

Kim Çen In Şimali Koreyanın düşmənlərinin adını açıqlamayıb, amma ehtimal edilən təhlükələrə qarşı qabaqlayıcı addımlar atmağı tapşırıb.

Qeyd edək ki, bu il iyulun sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edib. Məhz həmin səfərdən sonra Kim Çen In ölkəsində silah istehsalının artırılmasını əmr edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: