Türkiyə ordusu yerli “Siper” uzaqmənzilli hava hücumundan müdafiə sistemini Qara dənizdə sınaqdan keçirəcək.
NUHÇIXAN bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bunun üçün daxili sularda dənizin 850 kilometrlik hissəsi uçuşa qadağan zonası elan edilib.
Qeyd olunur ki, hava hücumundan müdafiə sisteminin sınaqları ölkənin şimal-qərbindəki Ədirnə vilayətindən respublikanın şimal-şərqindəki Giresun vilayətinə qədər olan zolaqda keçiriləcək.
Sınaqlar bu həftə keçiriləcək.