İsveçin Livandakı səfirliyinin binasına hücum olub.
NUHÇIXAN xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, naməlum şəxslər tərəfindən səfirliyin binasının qarşısına partlayıcı maddə atılıb.
Amma hər hansı partlayış və xəsarət alan olmayıb.
Livanın Xarici İşlər Nazirliyindən bildirilib ki, son həftələrdə İsveçin ölkədəki səfirliyin təhlükəsizlik tədbirləri gücləndirilib.
Livan polisi bu hücumun İsveçdə Qurani-Kərimin yandırılması ilə əlaqəli olduğunu ehtimal edir.