Livanın müdafiə naziri Moris Slimin maşın karvanı naməlum silahlılar tərəfindən atəşə tutulub.
NUHÇIXAN xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, paytaxt Beyrutun Cisr-əl Başa məhəlləsində törədilən sui-qəsd nəticəsində nazir xəsarət almayıb.
Moris Slim vurğulayıb ki, atılan güllə mindiyi avtomobilin arxa pəncərəsinin şüşəsinə dəyib: “Mənə heç nə olmayıb. Sağ-salamatam”.