“Rusiya itkilərini gizlətmək üçün meyitləri yandırır”.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.
O bildirib ki, ruslar cəsədləri öz ölkələrinin ərazisinə daşımır, elə Ukrayna torpaqlarında yandırırlar: “Yerli sakinlər uzun müddətdir ki, kəskin qoxunu hiss edirlər”.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı itkiləri 250 min nəfəri keçib.