Almaniya Nazirlər Kabineti yaxın zamanda Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünü elan etməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli “T-Online” xəbər portalı məlumat yayıb.
Portalın sözlərinə görə, hazırda Almaniya kansleri ən əsas müttəfiq ölkələrlə, ilk növbədə ABŞ-la raketlərin Ukraynaya göndərilməsi məsələsini müzakirə edir.
Xatırladaq ki, Ukrayna uçuş məsafəsi 500 km-ə yaxın olan “Taurus” qanadlı raketlərinin Kiyevə göndərilməsi ilə bağlı Almaniya hökumətinə müraciət etsə də, rədd cavabı almışdı.
Bir müddət sonra isə Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı raketlərin Ukraynaya göndərilməsinə razılıq verib və hazırda hökumətin bu məsələ ilə bağlı rəsmi qərarı gözlənilir.