Havay adalarında baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb

A- A A+

Havay adalarında meşə yanğınları nəticəsində azı 53 nəfər ölüb.

NUHÇIXAN bu barədə CNN telekanalına istinadla xəbər verir.

Yanğınsöndürmə işləri davam etdirilir. Lahainada yanğın nəticəsində daha 17 nəfərin öldüyü təsdiqlənib.

Bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.

Ştat qubernatoru Coş Qrin telekanala bildirib ki, qurbanların sayı 60 nəfəri keçə bilər. O, 1960-cı ildə 61 nəfərin ölümünə səbəb olan sunamini xatırladıb.

Güclü meşə yanğınları səbəbindən Maui adasından 14 mindən çox insan təxliyə edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 271 infrastruktur obyekti dağılıb və ya zədələnib. Onlarla insan yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: