Zaporojye atom elektrik stansiyasında (AES) buxar generatorlarından birində su sızması səbəbindən heç bir radioloji yayılma yoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatında deyilir.
"Dörd buxar generatorundan birində aşkar edilmiş su sızmasının dəqiq səbəbini müəyyənləşdirmək və təmir etmək üçün 4 nömrəli enerji bloku "soyuq dayandırma" rejiminə keçiriləcək", - məlumatda deyilir.
Məlumatda, həmçinin ətraf mühitə heç bir radioloji sızma olmadığı qeyd edilir.