Ukrayna Qara dənizdə mülki ticarət gəmiləri üçün dəhlizlər açıb

A- A A+

Ukrayna Qara dənizdə mülki ticarət gəmiləri üçün dəhlizlər açıb. Lakin hərbçilər Rusiya tərəfindən təhlükənin mövcud olduğu barədə xəbərdarlıq edirlər.

Bu barədə NUHÇIXAN Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə istinadla xəbər verir.

Bundan əvvəl bu marşrutlar Ukrayna tərəfindən Beynəlxalq Dəniz Təşkilatı (IMO) üçün təklif olunub. IMO Şurası Ukraynanın azad ticarət gəmiçiliyinə olan hüququnu tanıyıb. Təşkilat, həmçinin Rusiyanı beynəlxalq konvensiyalara riayət etmək və Qara dənizdə gəmiçiliyi təhdid etməməyə çağırıb.

Qeyd olunan marşrutlar, hər şeydən əvvəl, müharibənin əvvəlindən Ukraynanın Çernomorsk, Odessa və Yujnı limanlarında olan mülki gəmilərin çıxışı üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: