Rusiya “Zubilo” pilotsuz zirehli avtomobilin istehsalına başlayır.
NUHÇIXAN “RİA Novosti”yə istinadən xəbər verir ki, avtomobilin hazırlanması Rusiyada xüsusi təyinatlı avadanlıqların istehsalı ilə məşğul olan “Remdiesel” ASC tərəfindən həyata keçiriləcək.
Hücum üçün nəzərdə tutulmuş zirehli avtomobil “Ordu-2023” beynəlxalq hərbi sərgidə təqdim ediləcək.
Zirehli pilotsuz avtomobil əsas məqsədi ilə yanaşı, həm də döyüş sursatı, yük və xəsarət alanların daşınması, radiostansiyaların və kvadrokopterlərin yüklənməsi üçün istifadə oluna bilər.
Qeyd edək ki, avqustun 14-dən 20-dək Moskva yaxınlığındakı Kubinka şəhərində “Ordu-2023” IX beynəlxalq hərbi-texniki sərgi keçiriləcək.