Ukraynalı pilotların F-16 qırıcıları ilə bağlı təlimlərinin təxirə salınmasının səbəbi açıqlanıb

A- A A+

Ukraynalı pilotların ABŞ-nin F-16 qırıcılarını idarə etməklə bağlı təlimlərinin təxirə salınmasının səbəbi açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın adı açıqlanmayan rəsmi şəxslərindən biri xarici KİV-ə müsahibəsində deyib.

Bildirilib ki, buna səbəb Ukrayna hərbçilərinin ingilis dilini lazımi səviyyədə bilməmələridir.

Qeyd olunub ki, təlimlər gələn yaya qədər təxirə salına bilər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl təlimlərin avqust ayında başlayacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: