Ermənistanda yol qəzasında 3 nəfər ölüb, bir nəfər yaralanıb

A- A A+

Ermənistanda ağır yol qəzasında 3 nəfər ölüb, bir nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, İrəvan-Meğri avtomobil yolunun 129-cu kilometrliyində “Renault” markalı yük maşını ilə “Mitsubishi” markalı avtomobil toqquşub.

Hadisə yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət ekipaj cəlb edilib.

Qəza nəticəsində xəsarət alan 21 yaşlı şəxs xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və qəza nəticəsində ölən, yaralananların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: