Ukraynada son bir həftə ərzində 1500-ə yaxın mina zərərsizləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
Qeyd olunub ki, Xarkov, Xerson və Nikolayev vilayətlərində ümumilikdə 1481 partlayıcı qurğu zərərsizləşdirilib.
Xatırladaq ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının ləng davam etməsinin əsas səbəbi kimi məhz ərazilərin minalanmasını göstərmişdi.