Ukraynanın 20 dronu Krım yarımadasına hücum edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda məlumat yayıb.
Bildirilib ki, 20 drondan 14-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində tələfat və dağıntıların olmadığı vurğulanıb.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını şərh etməyib.
Xatırladaq ki, daha öncə sosial şəbəkənin Rusiya seqmentində işğal altındakı yarımadada dronların uçduğuna, partlayış səslərinə dair videolar yayılmışdı.