Ermənistanda hərbi qulluqçu Hranik Xnkoyan odlu silahdan açılan atəş nəticəsində aldığı yaradan ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insident avqustun 11-də naməlum şəraitdə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu, son 1 gündə Ermənistan ordusunda qeydə alınan ikinci belə hadisədir.