Fransada koronavirusun yeni variantı sürətlə yayılır

A- A A+

Fransada koronavirusun omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılır.

NUHÇIXAN “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Qeyd olunub ki, yoluxma halına daha çox kurort zonalarında rast gəlinir.

Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib.

Həmçinin 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu vurğulanıb.

Alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığını düşünürlər.

Amma bununla yanaşı Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: