Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib.
Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb.
V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib.
Qubernator həmçinin itki olmadığını söyləyib.
Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb.