Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə ehtimal edilən səfəri təxirə salına bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçıları sentyabrda görüşə bilərlər.
Bildirilib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər etməsi də mümkündür.
Prezidentlərin ehtimal edilən görüş zamanı xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, daha əvvəl. V. Putinin avqustda Türkiyəyə səfər edəcəyi deyilirdi.