Rumıniyada NATO təlimlərinin vaxtı açıqlanıb

A- A A+

Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.

Rumıniyadakı NATO döyüş qrupu 2022-ci ilin mayında yaradılıb. Hazırda Fransa, Belçika və Niderlanddan olan hərbçilər ölkədə qərarlaşıb. Digər dövlətlərin də qrupda iştirakı istisna edilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: