Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb

A- A A+

İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.

Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: