İsrail Livanla sərhəddə baş vermiş insidentə dair məlumatları təsdiqləyib

A- A A+

İsrail Livanla sərhəddə insident barədə xəbərləri təsdiqləyib.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl şübhəli şəxs Livanla sərhəddəki Metula ərazisində (İsrailin şimalındakı yaşayış məntəqəsi) hasara yaxınlaşıb. O, hasara doğru “Molotov kokteyli” atıb. Nəticədə hasarın ərazisindəki borulardan birinə və kabelə ziyan dəyib”, - deyə məlumatda qeyd olunur.

Hadisə barədə daha əvvəl “Kan” radiostansiyası məlumat verib. Radiostansiyanın məlumatına görə, İsrail hərbçiləri hücumçunun hərəkətlərinə cavab olaraq havaya bir neçə xəbərdarlıq atəşi açıblar. Yandırıcı qarışığı atan şəxsin kimliyi və onun motivləri barədə məlumat verilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: