Malidə BMT-nin üç sülhməramlısı yaralanıb

A- A A+

Malidə hücum nəticəsində BMT-nin üç sülhməramlısı yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə kompleksli çoxölçülü missiyası (MINUSMA) eksdə (keçmiş tviter) məlumat yayıb.

“Bu gün Berdən çıxan MINUSMA-nın konvoyu iki dəfə hücuma uğrayıb. Yaralanan üç sülhməramlı tibbi yardım göstərilməsi üçün Timbuktu şəhərinə təxliyə olunub”, - məlumatda bildirilib.

Xatırladaq ki, BMT-nin Malidəki sülhməramlı missiyası təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ölkənin şimalındakı Ber şəhərindən planlaşdırılan çıxışını sürətləndirdiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: