Qiyamçılar Niger Prezidentini öldürməklə hədələyiblər

A- A A+

“Qonşu ölkələrdən Nigerə müdaxilə olarsa, Prezident Məhəmməd Bazumu öldürəcəyik”.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigerdəki qiyamçıların lideri deyib.

Qeyd edək ki, daha əvvəl qonşu ölkələrin Nigerə müdaxiləsi ehtimalı ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: