Rusiya Prezidenti Vladimir Putin dağıstanlı qızın xahişi ilə Dərbəndə 5 mlrd. rubl (50 milyon dollar) ayırıb.
NUHÇIXAN "Kommersant.ru"ya istinadən xəbər verir ki, Rusiya Prezidenti hökumətə 2024-2026-cı illər ərzində Dərbəndin inkişafına əlavə qeyd olunan məbləğdə maliyyə ayrılmasını tapşırıb.
V.Putin avqustun 15-nə qədər vəsaitin ayrıldığı barədə Baş nazir Mixail Mişustinə müvafiq göstəriş verib. Bundan əlavə, Prezident Dağıstan hakimiyyət orqanlarına Dərbəndin 2027-ci ilə kimi kompleks inkişafı planını yeniləməyi tapşırıb.
Qeyd edək ki, V.Putin iyunun 28-də Dağıstana səfər edib. O, bir neçə gündən sonra Kremldə Dərbənddə onunla görə bilmədiyi üçün ağlayan 8 yaşlı Rəisat adlı dərbəndli qızla görüşüb. Putin qızla birlikdə maliyyə naziri Anton Siluanova zəng edib. Nazir də vəd edib ki, hökumət respublikaya 5 mlrd. rubl ayıracaq.