BMT: Rusiyanın apardığı müharibədə 9000-dən çox mülki ukraynalı həlak olub

A- A A+

Rusiyanın Ukraynaya qarşı apardığı tam miqyaslı işğalçı müharibə nəticəsində indiyədək 9000-dən çox mülki ukraynalı həlak olub.

NUHÇIXAN CNBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirib.

"Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğalçı müharibəsi nəticəsində indiyə qədər 9444 mülki şəxs ölüb və 16940 nəfər yaralanıb".

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı əlavə edib ki, Ukraynada ölənlərin sayı “xeyli dərəcədə yüksəkdir, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən məlumatların alınması gecikdirilib və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: