Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Partlayış nəticəsində 3-ü uşaq olmaqla 27 nəfər həlak olub. Xəstəxanalarda 66 nəfərin olduğu bildirilir. Onlardan 10-nun vəziyyəti ağırdır.