Ukraynada 2024-cü il üçün hərbi xərclər 43 milyard dolları keçə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna parlamentinin büdcə komitəsinin sədri Roksolana Pidlasa “Rada” telekanalının efirində deyib.
Pidlasa vurğulayıb ki, Kiyevə bütün digər dövlət xərclərini ödəmək üçün 42 milyard dollar lazımdır.
Komitə sədrinin sözlərinə görə, sentyabrın sonu - oktyabrın əvvəlində Rada bu ilin büdcəsində müdafiə xərclərini yenidən artırmağa hazırlaşır.
Bundan əvvəl ölkənin Baş naziri Denis Şmıqal 2023-cü ildə büdcənin hərbi xərclərinin 48,7 milyard dollara çatacağını bildirmişdi.