Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin bildirib.
Onun sözlərinə görə, bu rəqəmin artacağı gözlənilir.
Daha əvvəl ölənlərin sayının 93-ə yaxın olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.
Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb. Havay adalarında baş verən yanğınlar ABŞ-də ötən əsrin ən ölümcül hadisəsi olub. Yanğınlar nəticəsində dəyən ziyanın 6 milyard dollar təşkil etdiyi bildirilir.