Fransanın cənubunda meşə yanğınları səbəbindən 3 mindən çox insan təxliyə edilib

A- A A+

Fransanın cənubundakı Pireney-Şərq departamentinin Saint-Andre kommunası yaxınlığında yanğın baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın BFMTV xəbər kanalı yerli yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, 530 hektara yaxın ərazi yanıb, yaxınlıqda yaşayan 3000-dən çox insan təxliyə edilib.

Meşə yanğınının yayılmasının qarşısını almaq üçün 500-dən çox yanğınsöndürən, 13 təyyarə və 3 helikopter cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: