Danimarkanın xarici işlər naziri Kopenhagendə Quranın yandırılmasına görə üzr istəyib

A- A A+

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen müsəlman ölkələrinin Kopenhagendəki diplomatik nümayəndəlikləri qarşısında Quranın yandırılması ilə bağlı insidentlərə görə üzr istəyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Rasmussen Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı aparıb.

Danimarkalı nazir müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin diplomatik nümayəndəliklərinin binaları qarşısında müsəlmanlar üçün müqəddəs “Qurani-Kərim”in yandırılması ilə bağlı hadisələrdən təəssüfləndiyini bildirib.

Rasmussen Quranın yandırılmasını qəbuledilməz hadisə adlandırıb və üzr istəyib. Onun sözlərinə görə, belə hadisələr Danimarka cəmiyyətindəki tolerantlıq ənənələrinə tamamilə ziddir.

Siyasətçi həmçinin qeyd edib ki, Danimarka hökuməti bu cür hərəkətləri qadağan edən qanun layihəsini yekunlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: