Qazaxıstanın Taldıkorqan şəhərində aviabazada döyüş təyyarəsi uçuşa hazırlanan zaman qəza baş verib.
NUHÇIXAN Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Taldıkorqan aviabazasında döyüş təyyarəsi uçuşa hazırlaşarkən döyüş sursatı yerə düşüb. Nəticədə 2 hərbçi yaralanıb, onlardan biri aldığı xəsarətlərdən ölüb, digərinə isə lazımi tibbi yardım göstərilir", - məlumatda qeyd edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.