Ermənistanda hərbi komissar 23 min dollar rüşvət aldığı üçün həbs olunub

A- A A+

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahının Zəngəzur ərazi idarəsinin rəisi S.D. çağırışçını hərbi xidmətdən yayındırmaq üçün 23 min dollar rüşvət alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, İrəvan şəhər sakini G.X. 2023-cü ilin yayında oğlunu ağır xəstəlik səbəbilə hərbi xidmətdən yayındırmaq məqsədi ilə hərbi komissara müraciət edib. Çağırışçını yararsız çıxarmaq üçün qeydiyyatını Gorus rayonundan Zəngəzura dəyişiblər. Məmur və çağırışçının atası saxlanılıb. Onlara qarşı ittiham irəli sürüldükdən sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: