Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Qara bölgəsində yeni əməliyyat keçirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbər şəxsi” Cəlal Birdar məhv edilib.
Onun “mətbuat və arxiv işləri üzrə rəhbər şəxs” olduğu bildirilir.