İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətini cənginə alan qum fırtınası nəticəsində 2 minə yaxın insan zərər çəkib.
NUHÇIXAN “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.
“Sistan və Bəlucistanda tüğyan edən qasırğa və qum fırtınası nəticəsində 1 834 nəfər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalıb”, - “Tasnim” onun sözlərindən sitat gətirib.
Amma M.Mohebi xəsarət alanların vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.