İlk mülki gəmi Ukraynanın yeni humanitar dəhlizindən keçib

A- A A+

İlk mülki gəmi Ukraynanın yeni humanitar dəhlizindən keçib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski eksdə (keçmiş tviter) bildirib.

“Ukrayna Qara dənizdə gəmiçilik azadlığının bərpası istiqamətində az öncə mühüm addım atıb. İlk mülki gəmi Odessa limanını tərk edərək Ukraynanın yeni humanitar dəhlizindən keçib. İndi o, İstanbul boğazına doğru gedir”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, daha öncə Ukrayna dəhlizin fəaliyyəti ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına rəsmi məlumat verib. Təşkilat Ukraynanın naviqasiyanı tənzimləmək üzrə suveren hüquqlarını bir daha təsdiqləyib və Rusiyanı təhdidləri dayandırmağa və beynəlxalq konvensiyaları gözləməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: