Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində ən azı 81 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.
Meteoroloqlar iyuldakı yağıntıların miqdarının son 50 ildə region üçün rekord olduğunu hesab edirlər.