Ukrayna Silahlı Qüvvələri 47-ci əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçiləri son sutkada Rusiyanın “Alliqator” “Ka-52“ tipli iki helikopterini vurublar.
NUHÇIXAN xəbər verir ki, bu barədə “dw” məlumat yayıb.
Bildirilib ki, onlardan biri yerli vaxtla səhər saat 07:40-da Zaporojye vilayətinin Rabotino kəndi ərazisində vurulub.
Bundan iki saat əvvəl isə Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində Rusiyanın daha bir “Ka-52” helikopteri ukraynalılar tərəfindən sıradan çıxarılıb.