KİV: Latviya hökuməti rəsmən istefa verib

A- A A+

Latviya hökuməti rəsmən istefa verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Latviya Radio və Televiziyasının vahid portalı olan Rus.lsm.lv məlumat yayıb.

Qeyd olunub ki, ölkənin sabiq Baş naziri Krisyanis Karins Prezident Edqars Rinkeviçsə hökumətin istefası barədə rəsmi məlumat verib.

Bildirilib ki, Latviya lideri Karinslə görüşdən sonra keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin istefası barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Latviyanın sabiq Baş naziri Krisyanis Karins 17 avqustda istefa ərizəsini təqdim edəcəyini bildirib. Karinsin istefa verməsinin səbəbi açıqlanmayıb.

Krisyanis Karins 2019-cu ilin 23 yanvar tarixindən Baş nazir postunda idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: