NATO: “F-16-ların Ukraynaya tədarükü ilə bağlı hələ ki yekun qərar yoxdur”

A- A A+

“F-16 qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı hələ ki yekun qərar yoxdur”.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, ukraynalı pilotlar tezliklə F-16 döyüş təyyarələrində təlimlərə başlamalıdırlar: “Amma təyyarələrin Ukraynaya verilməsi üçün ayrıca bir qərar lazımdır”.

Y.Stoltenberqin fikrincə, təlimlər F-16 qırıcılarının tədarükünü daha da yaxınlaşdırır.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikov daha əvvəl bildirib ki, qırıcılar 2024-cü ildə tədarük edilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: