Gürcüstanın Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

A- A A+

Gürcüstanın Şovi rayonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

NUHÇIXAN Gürcüstan KİV-inə istinadən xəbər verir ki, xilasedicilər Şovi yüksək dağ kurortunda (Raça-Leçxumi bölgəsi - Kvemo Svaneti) təbii fəlakət zonasında daha bir nəfərin meyitini tapıb, bununla da qurbanların sayı 27-yə çatıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi daha 6 nəfərin meyitinin axtarışlarının davam etdiyini bildirib.

Şovi dağ kurortunda baş verən sürüşmənin 14-cü günündə çay yatağında ağır texnikadan istifadə edilməklə axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 3-də Şovi dağ kurortunda sürüşmə baş verib. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: