Türkiyədə kütləvi dava zamanı 41 nəfər xəsarət alıb

A- A A+

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

Bu barədə NUHÇIXAN “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, gənclər arasında kafedə başlayan mübahisə iki ailənin kütləvi davasına çevrilib. Tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb.

Sakinlər təcili zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib.

Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: