Ukrayna Dövlət Vergi Xidməti rəhbərinin müavininə sui-qəsd cəhdi olub

A- A A+

Ukrayna Dövlət Vergi Xidməti rəhbərinin müavini Yevgeniya Sokuraya qarşı sui-qəsd cəhdi olub.

NUHÇIXAN “UNİAN”a istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Danil Getmantsev bildirib. Onun sözlərinə görə, polis detalları açıqlamamağı xahiş edib.

İstintaq məlumatına görə, qəsd cəhdi səhər şəhərin mərkəzində baş verib.

"Sifarişçilər “biznes”lərini itirən şəxslərdir. Yevgeniya Sokura cinayət axtarış idarəsinin koordinasiyalı hərəkətləri nəticəsində sağ qala bilib. Milli Polisin Təhdid Departamentinin peşəkarları qarşısında baş əyirəm", - deyə deputat bildirib.

Hadisəni törədən şəxslər saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: