İspaniyanın Tenerife adasındakı yanğın böyüyür

A- A A+

İspaniyanın Tenerife kurort adasındakı yanğının ərazisi getdikcə daha genişlənir və artıq 3 200 hektar ərazini əhatə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo məlumat verib.

Klavixonun sözlərinə görə, yanğınsöndürənlər vəziyyəti hələ də nəzarət altına ala bilməyiblər və yerli hakimiyyət orqanları yanğınlarla əlaqədar Tenerife sakinlərini təxliyə edib. Hazırda ada sakinlərindən 132 nəfər qohumlarının evlərində, 4 nəfər təxliyə edilən şəxs isə xüsusi təchiz olunmuş binada yaşayır.

Həmçinin əlavə olunub ki, yanğının söndürülməsini adanın relyefi və hava şəraiti çətinləşdirir, qatı tüstü yanğınsöndürən təyyarələrin işini çətinləşdirir.

Xatırladaq ki, 15 avqustdan etibarən başlayan yanğın nəticəsində 7 600 nəfərdən çox insan adadan təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: