BMT Nigerdə üsyançılarla danışıqlar aparmaq üçün xüsusi nümayəndə göndərir

A- A A+

BMT Baş katibi Antoniu Quterreş Nigerə siyasi böhranın sülh yolu ilə həlli üçün xüsusi nümayəndə göndərir.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib.

Xüsusi nümayəndə Santos Simao tezliklə Nigerin paytaxtı Niameydə olacaq. Orada o, dövlət çevrilişinin təşkilatçıları ilə görüşəcək

Simao onları Nigeri konstitusiya nizamına qaytarmağa və Bazumu azad etməyə çağıracaq.

Düjarrikin sözlərinə görə, Santos Simao ECOWAS və digər maraqlı tərəflərlə daimi əlaqə saxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: