Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.
“Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - deyə mənbə bildirib.
Belə ki, “Flightradar” xidmətinin məlumatına görə, təyyarələr Şeremetyevoya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.