Pakistanda terror aktı nəticəsində 11 nəfər həlak olub

A- A A+

Pakistanın Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Ənvar-ül-Haq Kakar bildirib.

O, “X” sosial şəbəkəsində yazıb: “Şimali Vəziristanda 11 günahsız işçinin həyatına son qoyan terror aktı barədə məlumat almaq dəhşətlidir. Biz bu mənasız zorakılıq aktını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə səbir diləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: