ABŞ-nin Havay ştatının Maui adasında meşə yanğınlarının vurduğu ziyan, ilkin hesablamalara görə, təxminən 6 milyard dollar civarında qiymətləndirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Havay ştatının qubernatoru Coş Qrin bildirib.
O, yanğınlar zamanı 2200 binanın yanaraq məhv olduğunu, 500 binanın isə zərər gördüyünü qeyd edib.
Son məlumatlara görə, Mauidə 114 nəfər meşə yanğınlarının qurbanı olub, mindən çox insan itkin düşüb.
Adada keçən həftənin ortalarında başlayan yanğınlar Dora qasırğasının yaratdığı güclü küləklər səbəbindən sürətlə yayılıb.