Hillari qasırğasının yaxınlaşması ilə əlaqədar Kaliforniyanın cənubunun çox hissəsində fövqəladə vəziyyət elan olunub.
NUHÇIXAN CNN-ə istinadla xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Gavin Nyusom məlumat verib.
Məlumata görə, qasırğanın yaxınlaşma səbəbindən fəlakətli və həyati təhlükəsi olan daşqınların baş vermə ehtimalı olduqca yüksəkdir.
Ən ciddi nəticələrin bazar və bazar ertəsi günlərində olacağı gözlənilir.