KİV: Pentaqon Ukraynaya silah tədarükünün nəticələri barədə xəbərdarlıq edib

A- A A+

Pentaqon Ukraynaya hərbi yardım nəticəsində boş qalan sursat ehtiyatlarının doldurulmasında problemlərlə üzləşə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən The Washington Post (WP) məlumat yayıb.

Nəşr qeyd edir ki, departament Ukrayna tərəfinə silah tədarükünün nəticələri barədə xəbərdarlıq edib. Nəşrin mənbələrindən birinə görə, Pentaqonun qarşısında duran vəzifələr qısa müddətdə istehsalın sürətləndirilməsi ilə məhdudlaşmır.

Qəzet vurğulayıb ki, Amerika tərəfinin adekvat ehtiyata, istehsal və sənaye bazasına malik olması üçün departamentdə daha yüksək səviyyədə alışlar olmalıdır.

Pentaqonun başqa bir mənbəsi əlavə edib ki, departament hökumətin, müttəfiq dövlətlərin və tərəfdaşların diqqətini bu silahlara davamlı yüksək tələbatın saxlanması zərurətinə yönəldə bilməsini təmin etmək istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: